Polisin axtardığı şəxs ev yarıb 100 min apardı

Polisin axtardığı şəxs ev yarıb 100 min apardı
  18 Sentyabr 2015    Oxunub:2483
Bakıda mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən AzVision.az- a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 26-da saat 23:30 radələrində A.Gəraybəyli küçəsində 1968-ci il təvəllüdlü Şəhla Əhmədovanın mənzilindən açarseçmə yolu ilə içərisində 40 min manat, 20 min ABŞ dolları və 50 min manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, 1990-cı il təvəllüdlü Elnur Rasim oğlu Əliyev saxlanılıb.

Araşdırmalar zamanı onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə 28 iyul 2015-ci il tarixdən Tərtər rayon Polis Şöbəsi tərəfindən axtarışda olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  



Xəbər lenti