Göygöldə silahlı insident olub- Video
Zərərçəkən şəxs Mətləb Abbasov : “Ov tüfəngini üstümə tuşladı. Bu zaman mən də əl atıb at tərəfə yönəltdim. O da ata dəydi. Məni vurmaq istəyirdi”.
Qeyd edək ki, Namiq İmanov Göygöl Meşə Qoruğunda nəzarətçi işləyir. Qoruğa qanunsuz daxil olma və digər məsələlərlə bağlı tərəflər arasında təxminən üç aydır mübahisə gedir. Sonuncu dəfə isə belə bir mübahisə Namiq İmanovla Mətləb Abbasovun böyük qardaşı İlyas arasında yaşanıb.
Zərərçəkənin qardaşı İlyas Abbasov isə deyir ki, artıq üç aydır bu mübahisə başlayıb: `Deyir sizi iki qardaş ikinizi də öldürəcəm. Məni heç kim tutmayacaq”. Hadisə ilə bağlı yerli hüquq mühafizə orqanları araşdırma aparırlar.







Vaxtında, Aydın, Lazımlı!


