Erməni müxalifətçi Bakıda Sarkisyanı ifşa edir - FOTOLAR

Erməni müxalifətçi Bakıda Sarkisyanı ifşa edir - FOTOLAR
  18 Sentyabr 2015    Oxunub:5924
“Cinayətkar Sarkisyan rejiminə görə ölkəmizdən qaçıb Azərbaycana gəlmişik”

AzVision.az xəbər verir ki, bu fikirləri Sarkisyan rejiminin təzyiqlərindən qaçaraq Azərbaycana sığınan Ermənistanın müxalif “Milli azadlıq hərəkatı” ictimai birliyinin rəhbəri Vahan Martirosyan bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Erməni müxalifətçi bildirib ki, o və ailəsi Azərbaycanda mehribanlıqla qarşılanıb: “Azərbaycan məni mehribanlıqla qarşıladı. Burada mənə və ailəmə qarşı heç bir təzyiq göstərilmir. Bakının ən prestijli və bahalı otelində qalıram. Mən Ermənistanda cinayətkar Sarkisyan rejiminə qarşı mübarizə apardığım üçün təzyiqlərə məruz qalırdım. Odur ki, Sarkisyanın adamları məni və ailəmi döyüb, təhqir edib”.

V.Martirosyanın fikrincə, Dağlıq Qarabağ Ermənistan tərəfindən yaradılan süni problemdir. Bundan əlavə erməni müxalifətçi diqqətə çatdırıb ki, Sarkisyan xarici təşkilatlardan pul dilənir.

“Sarkisyan öz rejiminin müddətini artırmaq üçün Avropa Komissarına 10 milyon dollar rüşvətverməyə hazırdır”.

Erməni fəal daha sonra deyib ki, Suriya və İraqda müharibə başlayandan bəri Ermənistana 10-15 min erməni gəlib: “Dövlət onları aldadıb, köçkünlərə yaşayış yeri vermək əvəzinə, əlində olanları da alıb, küçələrə salıb. Ona görə də Ermənistan və Qarabağa köçürülən qaçqınların böyük əksəriyyəti gəldikləri ölkələrə qayıdıblar. Suriyadan gələn bəzi tertorçular isə Qarabağda yerləşdirilib. Onlar terro qruplaşmaları yaradırlar”.

V.Martirosyanın dediyinə görə, Ermənistanda normal müxalifət yoxdur. Əsl müxalifət 2008-ci ildə öldürülüb. Hazırda müxalifət ölkənin Prezident Administrasiyası tərəfindən idarə olunur.

Onun sözlərinə görə, Ermənistanın müdafiə naziri Seyran Ohanyan sadəcə bir fiqurdur. O. heç bir qərar qəbul etmək iqtidarında deyil.

“Ermənistan ordusu korrupsiya içində üzür. Ölkədə hamı bu qurumda hansı vəzifənin neçəyə olduğunu yaxşı bilir. Hətta 100 dollar verməklə istənilən şəxs, Ermənistan hərbi hissələrindən “Kolaşnikov” tipli avtomatı çox rahatlıqla ala bilər”.

V.Martirosyan əlavə edib ki, Azərbaycana gəlməkdə məqsədi ailəsini və övladlarını xilas etməkdir.

“Bura gəlməkdə məqsədim övladlarımı, ailəmi xilas etməkdir. Çünki Azərbaycan KİV-i mənim danışdıqlarımı, Ermənistan haqqında əsl gerçəkləri dünyaya çatdıracaq.Ümumiyyətlə, Ermənistan gəncliyində son 20 ildə Azərbaycan haqqında yalnış təsəvvür formalaşdırılır. Belə ki, tarix dərslərində Azərbaycan adlı dövlətin yalnız son 100 ildə formalaşdığı qeyd olunur. Amma mən burada rahat şəkildə gəzdim. Qız Qalasını, digər tarixi abidələri gördüm, suvenirlər aldım. Heç kim mənə mane olmadı. Ermənistanda düşünürlər ki, Azərbaycana yalnız radikal dindarlar baş çəkir və neft hasil edirlər. Mən burada hər şeyin fərqli olduğunu gördüm. Əgər sərhədlər açılsa, onda Suriyadan, İraqdan Avropaya gedən qaçqınlardan da çox insan Azərbaycana pənah gətirər”.

Erməni fəal vurğulayıb ki, əgər bu gün Dağlıq Qarabağda referendum keçirilsə, əhalinin böyük əksəriyyəti regionun Azərbaycana qaytımasına səs verər.
“Ümumiyyətlə Qarabağ regionu, Şuşa boş bir ərazidir. Ermənistan Şuşa, Xankəndidə görüntü üçün bir neçə milyon dollarlıq inzibatı binalar tikib. Lakin bütün bunlar sadəcə görüntü xatirənidir. Orada əhailinin vəziyyəti olduqca acınacıqlıdır”.






Eldar Tanrıverdiyev


Teqlər:  



Xəbər lenti