Sabah yağış yağacaq

Sabah yağış yağacaq
  18 Sentyabr 2015    Oxunub:1687
Sabah Azərbaycanın bəzi ərazilərində yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, sentyabrın 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 25-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 19-da hava yağmursuz olacaq, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.


Teqlər:



Xəbər lenti