Azərbaycana qaçan erməni kömək istəyir

Azərbaycana qaçan erməni kömək istəyir
  18 Sentyabr 2015    Oxunub:2777
“Biz Azərbaycana gəlsək də, mənim və yoldaşımın anası, eləcə də ailəmiz hazırda Ermənistandadır. Bizim bura gəlişimizdən sonra Ermənistan hökumətinin, xüsusi xidmət orqanlarının necə hərəkət edəcəyini, hansı metodlardan istifadə edəcəyini çox yaxşı bilirik”
AzVision.az xəbər verir ki, bunu Bakıda keçirdiyi mətbuat konfransında Sarkisyan rejiminin təzyiqlərindən qaçaraq Azərbaycana sığınan Ermənistanın müxalif “Milli azadlıq hərəkatı” ictimai birliyinin rəhbəri Vahan Martirosyan deyib.

O, Ermənistanda qalan doğmalarının təzyiqlərə məruz qalacağından narahat olduğunu deyərək beynəlxalq qurumlara müraciət edib.

“Mən beynəlxalq qurumlardan məsələyə müdaxilə etmələrini, ən azı ilkin mərhələdə onların təhüləsizliyinin təmin olunmasını təşkil etmələrini, onların həyatına heç bir təhlükənin olmamasına, onların MTN “padval”larında saxlanılmamasına nəzarət etmələrini xahiş edirəm”.

Erməni müxalifətçi çıxışı zamanı Ermənistanda insanların sosial durumunun olduqca pis olduğunu deyib. Bildirib ki, Ermənistanda sosial durum üçüncü qrup Avropa ölkəsindən də pisdir.

“Ermənistan paytaxtı İrəvan mərkəzində iki kilometrlik ərazisidə imitasiya yaradıblar ki, guya ofislər, şirkətlər işləyir. Lakin bir az getdikdə əhalinin acınacaqlı vəziyyəti görünür, binalar dağılmış, yollar pis vəziyyətdədir. İnsanlar yeməyə güclə nəsə taprılar. Ən açınacaqlı durum isə Qarabağ veterenalarındadır. Onlara ev, sosial yardım verilmir. Ölkədə təqaüdlərin səviyyəsi olduqca aşağıdır. Mənim nənən Sovet dövründə yüksək vəzifədə işləyib və hazırda 100 dollar pensiya alı.

Ermənistanda rüşvətsiz sahə tapmaq qeyri-mümkündür. Nümunə kimi bu ölkədə kənd məktəblərində müəllim kimi işə düzəlmək 3 min dollar, şəhər məktəblərində isə 10 min dollardır”.

Eldar Tanrıverdiyev


Teqlər:  



Xəbər lenti