`Deputat olmağımı məsləhət bilmədilər` - Şeyxin qudası
Bu barədə AzVision.az-a açıqlama verən deputat bildirib ki, yayılan xəbərlər şaiyədir.
Q.Salahzadə Həcc ziyarətini yarımçıq qoymadığını, bütün şərtlərə əməl etdiyini vurğulayıb.
`Gördüm burada haqqımda müxtəlif şayiələr yayılır. Bunlara son qoymaq üçün Həcc ziyarətinin bütün əməllərini yerinə yetirib, geri dönmüşəm. Bəyan edirəm ki, heç bir problem yoxdur, partiyanın verdiyi qərara tabeyəm.
Mən partiyamın əsgəriyəm. Partiyam məsləhət bilib ki, deputat olmayım. Deməli olmamalıyam. Mənim partiyam generaldır. İndi əsgər generalın əmrini icra etməməlidir? Ona görə də haqqımda yayılan xəbərlər həqiqəti əks etdirmir. Deputat olmaq barədə isə düşünmürəm`, - deyə Q.Salahzadə vurğulayıb.
Elvin Abdulqədirov







Vaxtında, Aydın, Lazımlı!


