Fazil Məmmədov şikayətləti dinləyib

Fazil Məmmədov şikayətləti dinləyib
  18 Sentyabr 2015    Oxunub:1881
Vergilər naziri Fazil Məmmədov tərəfindən Naftalan şəhərində Naftalan, Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarından olan vətəndaşlar üçün keçirilib.
AzVision.az xəbər verir ki, qəbulda vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, POS-terminalların quraşdırılması, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunmuş, müraciətlərin bir qismi nəzarətə götürülmüş, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.


Teqlər:  





Xəbər lenti