Paytaxtda ət kəsimi nəzarətə alınacaq

Paytaxtda ət kəsimi nəzarətə alınacaq
  18 Sentyabr 2015    Oxunub:1721
Qurban Bayramında heyvan kəsiminə ciddi nəzarət olunacaq.
Bu barədə AzVision.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

O, bildirib ki, Bakı şəhərində hazırda 10 kəsim məntəqəsi fəaliyyət göstərir.

Xidmət rəsmisinin dediyinə görə, İcra Hakimiyyətləri tərəfindən iş adamlarına heyvanların satılması üçün ayrılacaq yerlərə baytarlıq nəzarəti həyata keçiriləcək: “Gətirilən heyvanların sağlamlığını bildirən baytarlıq şəhadətnaməsinə nəzarət olunacaq. Əgər əlavə kəsim məntəqələri yaradılarsa, həmin ərazilərdə də mütəxəssislər nəzarəti həyata keçirəcəklər. Ayın 14-dən baytar həkimləri Bakı şəhərinin rayonlarına təhkim olunublar. Respublikanın ayrı-ayrı rayonlarında da heyvan kəsim məntəqələrinə baytar mütəxəssisləri təhkim olunub”,-deyə Yolçu Xanvəli bildirib.

Gültəkin Ələsgər


Teqlər:



Xəbər lenti