“İbtidai təhsil daha əsasdır” - Nazir müavini

“İbtidai təhsil daha əsasdır” - Nazir müavini
  18 Sentyabr 2015    Oxunub:3561
Sentyabırın 18 də Təhsil Nazirliyi , Bakı Pedoqoji Kadrların İxtisasartırma və Yenidenhazırlanma İnstitutu , UNİCEF ve İnkişaf Respublika Elmi-praktik mərkəzinin birgə layihəsi olan təməl təqaüd proqramının bağlanış mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov, ümumtəhsil məktəblərinin direktorları və müəllimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, yeni forma və məzmunda haırlanmış ixtisasartırma kursunun məqsədi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin bir qrup ibtidai sinif müəlliminin peşəkarlıq səviyyəsinin yüksəltməkdən ibarətdir.

İki ay yarım davam edən təlim müddətində müəllimlərə ibtidai təhsilin fəlsəfəsi, missiyası, müasir pedaqoji yanaşmalar, metodika və dinamika, sinfin idarəediləsi, planlaşdırma, rəqamsal savadlılıq ve s. kimi mövzularda mühazir və praktika məşğələlərdə iştirak ediblər.

O, qeyd edib ki, ibtidai təhsil səviyyəsində fəaliyyət göstərən müəllimlərin dərslərinin müşahidəsi, valideynlərlə müsahibə, şagird nəticələrinin təhlili ibtidai sinif müəllimlərinin güclü və zəif tərəflərini müəyyən etməyə imkan verib. Sözügedən ixtisasartırma proqramının modulları həmin təhlilin əsasında aparılıb. Onun sözlərinə görə, ixtisasartırma üzrə bir neçə böyük layihələr həyata keçirilir. Bu layihələr bir daha təsdiq edir ki, təhsilin bütün pillələri arasında ibtidai təhsilin nəticələri yekun nəticədə daha əsasdır.

Nəzəri və praktik məşğələlərin aparılmasına 20 dən çox mütəxəssis cəlb olunub. Təqaüd proqramında iştiraka 114 nəfər maraq göstərib, onlardan 113-ü yekun qiymətləndirmədə iştirak edib, 65 nəfəri imtahandan uğurla keçərək “Təməl” sertifikatına layiq görülüb. Proqramı uğurla başa vuran iştirakçıların sinif otaqları müvafiq İKT avadanlığı ilə təchiz olunub.

Gültəkin Ələsgər


Teqlər:





Xəbər lenti