İlham Əliyev Rusiyaya məscid açılışına gedir

  18 Sentyabr 2015    Oxunub : 2429
İlham Əliyev Rusiyaya məscid açılışına gedir
Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 23-də Rusiyaya səfəri gözlənilir.

AzVision.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, sentyabrın 23-də Moskvada yeni Moskva Cümə məscidinin açılışı olacaq.

Rusiya Müftiləri Şurasının sədri şeyx Ravil Qaynutdinin mətbuata verdiyi açıqlamaya görə, açılış mərasimində Rusiya prezidenti Vladimir Putin, din xadimləri həmçinin, Azərbaycan, Fələstin, İordaniya, Qatar, Küveyt, Səudiyyə Ərəbistanı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, İran və Özbəkistan liderləri iştirak edəcək.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri dəqiqləşib.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: