Elşən Musayev deputatlığa namizəd oldu

Elşən Musayev deputatlığa namizəd oldu
  18 Sentyabr 2015    Oxunub:3706
Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev deputatlığa namizədliyini irəli sürüb.

Aktual.az xəbər verir ki, Elşən Musayev 110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizəd olacaq. O, artıq sənədlərini dairə seçki komissiyasına təqdim edib. E.Musayev xəbəri aktual.az-a təsdiq edib.

Qeyd edək ki, 2010-cu ildə 110 saylı Zaqatala seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Hikmət Atayev deputat seçılmişdi. H. Atayev 2013-cü ildə yol qəzası zamanı vəfat etmişdi və bu dairədə təkrar seçki keçirilməmişdi.



Teqlər:



Xəbər lenti