Təhsil Nazirliyi valideynlərə müraciət etdi

Təhsil Nazirliyi valideynlərə müraciət etdi
  18 Sentyabr 2015    Oxunub:3513
“Dərsliklərlə bağlı Təhsil Nazirliyinə daxil olan bütün zənglər araşdırılır və öz həllini tapır”.
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. O qeyd edib ki, yeni dərs ili başlayandan əsasən dərsliklərlə bağlı mütəxəssislər təlimatlandırılıb:

“Dərsliklərlə bağlı bir sıra məktəblərdə problemin yaranması ilə bağlı məlumatlar yayılmışdı. Nazirlik tərəfindən kifayət qədər dərslik çap olunaraq yerlərə paylanılıb. Eyni zamanda hər hansı məktəbdə hər hansı səbəbdən problam olsa belə, valideynlərin dərslik almasına ehtiyac yoxdur. Çünki Təhsil Nazirliyinin kifayət qədər dərslik ehtiyyatı var”.

O bildirib ki, dərslik problemi olan yerlərdə məsələ qısa müddət ərzində öz həllini tapacaq: “Hər hansı təhsil müəssisəsində təhsil rəhbərləri tərəfindən tövsiyyələr edilsə xahiş edirik ki, vətəndaşlar Təhsil Nazirliyinə müraciət etsinlər”.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti