Müəllimlər qiymətləndiriləcək

Müəllimlər qiymətləndiriləcək
  18 Sentyabr 2015    Oxunub:2872
“Müəllimlərin diaqnostik qiymətləndirilməsi yaxın vaxtlarda keçiriləcək”.

AzVision.az xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. O, fikrini belə davam etdirib:

“Bakı şəhərində ötən il diaqnostık qiymətləndirmədən keçməyən, yeni işə qəbul olmuş müəllimlər var. Bundan başqa məzuniyyətdə olan müəllimlər var ki onlar indi işə qayıdır. Növbəti aylar ərzində diaqnostık qiymətləndirmə təşkil olunacaq ve hesab edırəm ki bütün bu şəxslərə diaqnostık qiymətləndirmədən keçmək imkanı yaradılacaq”.

Ceyhun Bayramov həmçinin uşaq bağçalarında təhsilin keyfiyyətinin aşağı olması məsələsinə də münasibət bildirib: “Ölkədə məktəbəqədər təhsil müəssisələrində təhsilin əhatəliliyini qənaətbəxş hesab etmirik. Bu sahədə bir sıra dövlət əhəmiyyətli tədbirlər görülür. Nazirlik olaraq mövcud infrastrukturdan istifadə edərək məktəbəqədər təhsil səviyyəsinin artırılması istiqamətində bir sıra addımlar atılıb. 2014-2015-ci illər üçün görülən tədirlərdən hər birini uğurlu hesab edirik.

Bakı şəhərində mövcud məktəb şəbəkəsinin imkanlarından istifadə edərək hər hansı əlavə işlər görülmədən 87 məktəbdə təhsil kursları təşkil edilib. May ayının sonunada 3006 nəfər uşaq həmin kursu bitirərək sertifikat aldı. Bu uğurlu təcrübəni növbəti tədris ilində daha da genişləndirilməsi istiqamətində işlər görülür”.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti