8 nəfərin deputatlığa namizədliyi qeydə alındı

8 nəfərin deputatlığa namizədliyi qeydə alındı
  18 Sentyabr 2015    Oxunub:1596
Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, MSK-nın qərarı ilə Quliyev Bəhruz Vaqif oğlu Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Mərkəzi Seçki Komissiyasında təyin edilmiş məşvərətçi səs hüquqlu üzv təsdiq edilib.

Həmçinin iclasda Milli Məclisə seçkilərlə əlaqədar ilk 8 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov indiyə qədər 923 nəfərin deputatlığa namizədliyinin irəli sürüldüyünü nəzərə çatdırıb. Məlum olub ki, 923 nəfərdən 388 nəfərin namizədliyi fərdi qaydada, 3 nəfərin namizədliyi təşəbbüs qurupu, 34 nəfərin namizədliyi Azadlıq-2015 siyasi partiyalar bloku, 498 nəfərin namizədliyi isə 13 partiya tərəfindən irəli sürülüb.

Namizədliyi irəli sürülənlərdən 720 nəfərin namizədliyini irəli sürməsi təsdiqlənib, 583 nəfərə imza vərəqi verilib. İndiyə qədər 39 nəfər imza vərəqini dolduraraq geri qaytarıb və bunlardan da 8 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.


Teqlər:





Xəbər lenti