Kürdəmirə 3 milyon ayrıldı

Kürdəmirə 3 milyon ayrıldı
  18 Sentyabr 2015    Oxunub:2327
Prezident İlham Əliyev Kürdəmir şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncamla Kürdəmir şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Kürdəmir Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.


Teqlər:  



Xəbər lenti