Namizədlərin pulsuz təbliğatı bu KİV-lərdə olacaq
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzVision.az - a verilən məlumata görə, pulsuz efir vaxtı və seçki materiallarının pulsuz dərc olunması aşağıdakı KİV orqanlarında həyata keçiriləcək:
- İctimai Televiziya və Radio Yayımları Şirkəti;
- “Azərbaycan” qəzeti;
- “Xalq qəzeti”;
- “Bakinski raboçi” qəzeti.
Yuxarıda göstərilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.







Vaxtında, Aydın, Lazımlı!


