Məktəbdəki ölümlə bağlı cinayət işi başladı

Məktəbdəki ölümlə bağlı cinayət işi başladı
  18 Sentyabr 2015    Oxunub:2436
Göygöl rayonunda orta məktəbdə baş vermiş ölüm hadisəsi ilə bağlı cinayət işi başlanıb.
Sentyabrın 18-də saat 12 radələrində Göygöl rayonunun Çaykənd kənd orta məktəbinin 9-cu sinif şagirdi, 2001-ci il təvəllüdlü Eldənizli Xanəli Niyazi oğlu məktəbin futbol meydançasında 125 mm-lik dəmir borulardan düzəldilmiş qapının dirəyindən sallaşan zaman əlləri sürüşərək yerə yıxılıb.

Dəmir dirəyin üzərinə düşməsi nəticəsində bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən Xanəli orada vəfat edib.

Baş prokurorluqdan AzVision.az-a verilən məlumata görə, fakt ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ölümün və hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə müvafiq ekspertizalar təyin edilməklə digər zəruri istintaq hərəkətləri yerinə yetirilir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Teqlər:  



Xəbər lenti