31 dərəcə isti olacaq

31 dərəcə isti olacaq
  19 Sentyabr 2015    Oxunub:2200
Sabah sentyabrın 20-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az - a verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək.Gecə 18-22, gündüz 25-29 dərəcə isti olacaq. Bölgələrdə də hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlıq ərazilərdə gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.


Teqlər:



Xəbər lenti