DİN Göygöldəki ölümlə bağlı məlumat yaydı

  19 Sentyabr 2015    Oxunub : 1490
DİN Göygöldəki ölümlə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi Göygöl rayonunun Çaykənd kəndində baş vermiş faciəvi hadisə ilə bağlı məlumat yayıb.
AzVision.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 18-də Göygöl rayonunun Çaykənd kəndində kənd sakini, 14 yaşlı Xanəli Eldənizli futbol oynayarkən üstünə qapı dirəyi düşməsi nəticəsində xəsarət alıb. Xəstəxanaya yerləşdirilən məktəbli orada ölüb.

Araşdırma aparılır.

Teqlər: