İki günə 19 namizəd

İki günə 19 namizəd
  19 Sentyabr 2015    Oxunub:1866
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda Azərbaycan Milli Demokrat Partiyasının 4 səlahiyyətli nümayəndəsi qeydə alınıb.

İclasda bir nəfərin - İzzətli Ruslan Teymur oğlunun təşviqatla bağlı müraciəti əsasında Dairə Seçki Komissiyasının (DSK) qərarı araşdırılaraq ləğv edilib.

Sonra MSK sədri Məzahir Pənahov çıxışında bildirib ki, deputatlığa namizədlik üçün müraciət edənlərin sayı 1017 nəfərdir. Onların 506-sı siyasi partiyalar tərəfindən, 37-si siyasi partiya bloku, 3 nəfərin namizədliyi təşəbbüs qrupu, 471 nəfərin namizədliyi isə fərdi qaydada irəli sürülüb.

839 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub, 721 nəfər imza vərəqəsi alıb. Onların 64 nəfəri artıq imza vərəqələrini qaytarıb, 19 nəfərin deputatlığa namizədliyi isə qeydə alınıb. Həmin 19 nəfərdən 5-i Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi və Ümid Partiyaları tərəfindən irəli sürülüb, 14 nəfərin namizədliyi isə fərdi qaydada irəli sürülüb.

Qeyd edək ki, MSK ilk 8 nəfərin deputatlığa namizədliyini dünən qeydə alınıb.



Teqlər:



Xəbər lenti