İlham Əliyev həmkarını təbrik edib

 İlham Əliyev həmkarını təbrik edib
  19 Sentyabr 2015    Oxunub:1548
Azərbaycan Prezidenti İlham Əliyev maltalı həmkarı xanım Mari-Luiz Koleyro Prekanı bu ölkənin Müstəqillik günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir: "Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsi yolunda atdığımız addımlar xalqlarımızın rifahına töhfələr verəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim sülh və firavanlıq arzulayıram".


Teqlər:





Xəbər lenti