Teymur Rəcəbov uduzdu
Sürətli şahmat oyununda iki partiyanın yekunlarına görə, T.Rəcəbov rəqibi P.Svidlerə uduzub (0,5:1,5).
Daha əvvəl isə digər qrossmeysterlərimiz - Vasif Durarbəyli, Eltac Səfərli, Rauf Məmmədov və Qədir Hüseynov da mübarizədən kənarlaşıblar.
Beləliklə, Dünya Kubokunun 1/8 final mərhələsində Azərbaycanı yalnız Şəhriyar Məmmədyarov təmsil edir. O, növbəti dövrədə ABŞ qrossmeysteri Fabiano Karuana ilə qarşılaşacaq.
Yarışın ümumi mükafat fondu 1,6 milyon dollardır. Qalib 96 min dollar, finalçı 40 min dollar, dörddə bir final mərhələsinə yüksələn şahmatçılar hərəyə 28 min dollar qazanacaqlar. Qalib və finalçı 2016-cı ildə iddiaçıların turnirində iştirak etmək hüququ əldə edir.
Teqlər: