Azərbaycan qazı Avropaya nə vaxt çatacaq?

Azərbaycan qazı Avropaya nə vaxt çatacaq?
  21 Sentyabr 2015    Oxunub:2586
Cənub qaz dəhlizi üzrə Avropaya Azərbaycan qazının nəqli 2019-cu ilin sonunda başlanacaq.
Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, Cənub qaz dəhlizinin bütün mərhələlərində işlər qrafiki qabaqlamayla gedir.

"Düşünürəm ki, Azərbaycan qazının vaxtında nəqli ilə problemlər yaranmayacaq. 2018-ci ilin birinci yarısında qaz Türkiyəyə çatdırılacaq, və 2019-cu ilin sonunda - Avropaya", - Abdullayev bildirdi.

SOCAR-ın prezidenti həmcinin qeyd etdi ki, layihədə indi təxminən 20 min insan işləyirlər. "Cənub Qafqaz boru kəmərinin genişlənilməsi üzrə işlər gedir. Gürcüstanda kompressor stansiyaları tikilir. Avropada, müəyyən siyasi çətinliklərə baxmayaraq, Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi üzrə işlər gedir". (trend)


Teqlər:



Xəbər lenti