Qubad İbadoğlu prezidentin qərarını dəstəklədi
"Odur ki, dəmir yolu xidmətlərinin genişləndiyini, Bakı-Tbilisi-Qars, Şimal-Cənub dəmir yolu marşrutlar üzrə regional tranzit daşımalarında Azərbaycan dəmir yollarının iştirakının və bununla əlaqədar bu sistemdə yük və sərnişin daşınmalarının həcminin genişləndiyini, eləcə də digər nəqliyyat infrastrukturları ilə dəmiryolu arasında rəqabətli mühitin təmin edilməsinin zərurliyini əsas götürərək, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” fərmanı təqdir edirəm.
Fikrimcə, bu çür qərarlar davam etməli, təsərrüfat və kommersiya fəaliyyəti ilə məşğul olan digər strukturlar, o sıradan da "Avtonəqliyyatservis"in də Nəqliyyat Nazirliyinin tərkibindən çıxarılması yolu bu sahədə dövlət idarəetmə sistemi daha da təkmilləşdirilməlidir. Çünki, bu halda nəqliyyat sferasında ayrı-ayrı həlqələr arasında rəqabətli mühit yaratmaqla və ondan qaynaqlanan keyfiyyətli nəqliyyat xidmətləri göstərməklə, həmin sistemdə izafi xərc tutumuna malik olan struktur elementlərini özəlləşdirmək, mövcud vəsaitlərdən daha səmərəli istifadə edib həm təsərrüfat fəaliyyətinin təkmilləşdirmək və həm də dövlət büdcəsinə daha çox töhfə vermək olar", - Qubad İbadoğlu yazıb.