SOCAR-ın avtomobili qəzaya düşdü, ölən var

SOCAR-ın avtomobili qəzaya düşdü, ölən var
  21 Sentyabr 2015    Oxunub:2150
SOCAR-a məxsus olan avtomobil qəzaya düşüb.
SOCAR-dan AzVision.az - a verilən məlumata görə, hadisə bu gün səhər 07:00 radələrində baş verib.

Belə ki, SOCAR-ın Təhlükəsizlik İdarəsinin neft kəmərlərini mühafizə edən 35 saylı komandasında posta təhkim olunmuş 90 AR 644 dövlət nömrə nişanlı "Mitsubishi" markalı nəqliyyat vasitəsi Böyükşor-Sumqayıt kəmərinin 10-cu kilometrində xəttin 70 metrliyində idarəetməni itirərək, arxadan qarşıdakı avtomobilin qoşqusuna çırpılıb. Qəza nəticəsində sürücü Məlikli Mətləb Abdulla oğlu hadisə yerində ölüb, atıcılar Sadıqov Sakit Babat oğlu və Məmmədov Rəşad Fazil oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.


Teqlər:



Xəbər lenti