`Adam tapa bilmirlər...` - YAP-dan müxalifətə cavab
S.Novruzov deputatlığa namizədlərə qarşı təzyiqlərin olması barədə səsləndirilən iddiaları əsassız hesab edir: “Məsələn, şəxs var ki, namizədliyini irəli sürüb, qardaşı 2 ay bundan əvvəl qızıl alveri üstündə məsuliyyətə cəlb olunub. İndi həmin şəxs bu hadisəni seçkilərlə bağlayır. Amma araşdırma göstərir ki, hadisə iki ay əvvəl, həmin şəxsin namizəd olması bəlli olmayan vaxtda baş verib, amma iddia edir ki, namizəd olduğuna görə qardaşı həbs olunub. Belə qondarma uydurmalar mövcuddur”.
S.Novruzovun sözlərinə görə, ola bilər ki, bəziləri xarici qüvvələr tərəfindən şirnikləndirmə metodları ilə ələ alınıb, seçkiyə problem yaratmaq cəhdi göstərirlər: “Bunların heç biri seçkinin üzərinə kölgə sala bilməz. Seçki Məcəlləsində göstərilib ki, alternativlik olmalıdır. Bir dairədən iki namizəd irəli sürülürsə, burada artıq seçki baş tutmuş hesab olunur. Bu gün bütün dairələrdə alternativlik movcuddur”.







Vaxtında, Aydın, Lazımlı!


