“Bakcell”-dən daha bir uğur
Müsabiqə Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika bölgələrinin müxtəlif ölkələrindən olan və telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətləri təmsil edən 250 namizəd arasında keçirilib. “Biz bu mükafata layiq görülməyimiz və 250 telekommunikasiya şirkəti arasında birinci yeri tutmağımızla fəxr edirik. Bu fakt sübut edir ki, “Bakcell”in Ulduzum proqramı təkcə
Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda ən yaxşı istehlakçı xidmətidir. Bu isə həm də dünyada ən yaxşılardan biri deməkdir. Biz inanırıq ki, bu, hələ başlanğıcdır, Ulduzum Bakcell abunəçiləri üçün ən yaxşı müştəri təcrübəsi olmağa davam edəcək, daha da təkmilləşəcək və gələcəkdə bir çox mötəbər mükafatlar qazanacaq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.
“Ən yaxşı istehlakçı xidməti” mükafatı ilə təltif olunması Bakcell üçün daha bir uğur hekayəsidir. Şirkət müştəri ehtiyaclarının düzgün başa düşülməsi, göstərdiyi xidmətlərin və müştərilərinin ümumi təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində çox işlər görür. 1 milyon 400 min nəfərdən çox abunəçisi ilə Ulduzum bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərimizin və və Ulduzum proqramının tərəfdaşları olan müəssisələrin müştərilərinin loyallığını təşviq edən ən uğurlu və populyar loyallıq proqramlarından biridir. Bu yaxınlarda istifadəyə verilmiş xüsusi mobil tətbiqetmə vasitəsilə Bakcell abunəçiləri, mövcud SMS və USSD əsaslı məlumat mübadiləsi ilə yanaşı, həm iOS, həm də Android platforması üzərindən Ulduzum endirimlərindən faydalana bilirlər.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


