Prezident Samuxa 1 milyon ayırdı

Prezident Samuxa 1 milyon ayırdı
  14 İyun 2013    Oxunub:1187
Azərbaycan Prezidenti İlham Əliyev Samux rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, sərəncamda deyilir ki, Samux rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Samux Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan bir milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.


Teqlər:





Xəbər lenti