`Kişilər mənə qəribə baxırdılar` - Futboldan danışan qız
Xanım şərhçi Səmra Əliyeva AzVision.az-a açıqlamasında bildirib ki, futbol şərhçisi olmaq inanılmaz bir hissdir.
`Hər zaman düşünürdüm ki, ölkəmizdə xanım şərhçini heç bir kanal qəbul etməz`.
Onun sözlərinə görə, CBC telekanalı bunun Azərbaycanda mümkün olacağını sübut etdi: “Doğrudur, şərhdən sonra tamaşaçılar tərəfindən təriflərlə yanaşı, tənqidlər də oldu. Amma bildirmək istəyirəm ki, mən bu sahədə yeniyəm. Öz üzərimdə bundan sonra da davamlı olaraq işləyəcəyəm. Tənqidlərdən isə mütləq olaraq nəticə çıxarmağa çalışacağam. Bəlkə də mən kamera qarşısında, şərh zamanı sıxılardım, amma bu kanalın çox professional əməkdaşları buna imkan yaratmadı. Onlar öz işini mükəmməl şəkildə görməyi bacardı. Mən isə ətrafdakı əks cinsin nümayəndələrinin qəribə baxışları altında matçda 3-cü şərhçi kimi çıxış etdim”.
Qeyd edək ki, Səmra Əliyeva eyni zamanda "Antenn Radio 101 FM"in əməkdaşıdır.
Anar Kəlbiyev