İlham Əliyev məhşur hollivud aktyoru ilə görüşdü

İlham Əliyev məhşur hollivud aktyoru ilə görüşdü
  21 Sentyabr 2015    Oxunub:3423
Prezident İlham Əliyev dünya şöhrətli aktyor və rejissor Stiven Siqalı qəbul edib.

AzVision.az AzerTac-a istinadən xəbər verir ki, Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini bildirən Stiven Siqal ölkəmizdə gördüklərinin onda dərin təəssürat yaratdığını deyib. Stiven Siqal Bakıda birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasının və bu yarışlarda çoxlu sayda idmançının iştirakının onda böyük heyranlıq yaratdığını bildirib. Birinci Avropa Oyunları ilə bağlı görülən işlərin misilsiz dərəcədə möhtəşəm olduğunu vurğulayan qonaq, ümumiyyətlə, Azərbaycanda qazanılan nailiyyətlərin dünyada tanıdılması və təbliğinin önəmini qeyd edib.

Xoş sözlərə görə təşəkkürünü bildirən dövlət başçısı birinci Avropa Oyunlarının ölkəmiz və eləcə də Avropa üçün tarixi hadisə olduğunu deyib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bu Oyunları yüksək səviyyədə keçirməklə əslində Avropa Oyunlarının standartlarını müəyyən etdi. Dövlətimizin başçısı ölkəmizin artıq müxtəlif beynəlxalq tədbirlərin, o cümlədən mühüm idman yarışlarının keçirildiyi bir məkana çevrildiyini vurğulayıb.

Görüşdə son illər Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən mədəniyyət və idman sahələrində əldə edilən uğurlardan danışılıb.


Teqlər:  





Xəbər lenti