AŞPA nümayəndə heyəti MSK sədri ilə görüşüb
MSK-dakı səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Xordi Şukla və qonaqlar bu il Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərə hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb. Nümayəndə heyətinin suallarını cavablandıran Komissiya sədri vətəndaşlarımızın aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmin olunması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilmiş tədbirlər, atılmış addımlar və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.
Görüşdə həmçinin, müxtəlif sahələrdə qurumlararası əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: