8 ayda 94 bədbəxt hadisə
Tədbirdə DƏMX-nin mütəxəssisləri ölkəmizdə çoxsaylı yeni müəssisələrin, iş yerlərinin açıldığı şəraitdə iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması məsələsinin də aktuallaşdığını diqqətə çatdırıblar. Xidmətin həyata keçirdiyi dövlət nəzarətinin mühüm bir istiqamətinin iş yerlərində əməyin mühafizəsinin təşkilinə yönəldiyi və bu sahəyə nəzarətin daim gücləndiyi bildirilib. Qeyd olunub ki, hələ ötən ilin sentyabrında ölkəmizdə “Təhlükəsiz iş həftəsi”, cari ilin yanvar-fevral aylarında “Təhlükəsiz iş ongünlüyü”, aprel ayında “Təhlükəsiz iş aylığı” keçirilib. Bu tədbirlər çərçivəsində istehsalat qəzası riski yüksək olan müəssisələrdə əməyin mühafizəsi vəziyyəti yerindəcə araşdırılaraq, aşkar olunan nöqsanlar aradan qaldırılıb. Həmçinin işəgötürənlərin və işçilərin müvafiq mövzu ilə bağlı dolğun şəkildə məlumatlandırılması təmin olunub. Hazırda da “Təhlükəsiz iş aylığı” üzrə müvafiq Tədbirlər planı əsasında bu istiqamətdə işlər davam etdirilir.
Vurğulanıb ki, görülən işlərin müsbət nəticəsi kimi, ölkəmizdə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı azalır. Təkcə cari ilin cari ilin yanvar-avqust aylarında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,3 faiz azalaraq 141-dən 94-ə, o cümlədən qrup halında baş verən belə hadisələrin sayı 90,4 faiz azalaraq 21-dən 2-yə enib. Habelə bu ilin 8 ayında istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayında 38,3 faiz azalma özünü göstərib.
Tədbirdə DƏMX-in mütəxəssisləri tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları, norma və standartları barədə ətraflı məlumatlar, praktik bilgilər, izahatlar verilib, işəgötürənlərin iş yerlərində, habelə istehsalat qəzası riskinin yüksək olduğu avtoservis müəssisələrində əməyin mühafizəsinin təşkili ilə bağlı sualları ətraflı cavablandırılıb.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


