Qarabağ haqqında 5 dildə sayt hazırlandı

Qarabağ haqqında 5 dildə sayt hazırlandı
  21 Sentyabr 2015    Oxunub:2794
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Düşüncə" Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Azərbaycan, rus, ingilis, alman və fransız dillərində sayt (www.dailykarabakh.com) hazırlayıb.
AzVision.az xəbər verir ki, informasiya resursunun təqdimatı 22 sentyabr 2015-ci il, saat 12:00-da Park İnn hotelinin “Dan ulduzu” zalında təşkil olunacaq.

Tədbirdə millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri və ictimai-siyasi xadimlər iştirak edəcəklər.


Teqlər:



Xəbər lenti