Prezident kadr dəyişikliyi etdi

Prezident kadr dəyişikliyi etdi
  21 Sentyabr 2015    Oxunub:4824
Azərbaycan Prezidenti İlham Əliyev Bakı və Şəki Apellyasiya Məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, sərəncamla İman Məmməd oğlu Nağıyev Bakı Apellyasiya Məhkəməsinin sədri, Mübariz Dosməmməd oğlu Əkbərov isə Şəki Apellyasiya Məhkəməsinin sədri təyin edilib.

Bundan başqa Prezident İlham Əliyev Kəpəz Rayon Məhkəməsinə yeni sədr təyin edib. Prezidentin imzaladığı sərəncama əsasən, Vəli Əsgər oğlu Abdullayev Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri təyin edilib.


Teqlər:  





Xəbər lenti