Stiven Siqal Bakıda Rafael Ağayevi axtarırmış

Stiven Siqal Bakıda Rafael Ağayevi axtarırmış
  22 Sentyabr 2015    Oxunub:20525
Amerikalı məşhur aktyor və aykido ustası Stiven Siqal əfsanəvi karateçi, dördqat dünya çempionu, “Dünya karatesinin brilliantı” adlandırılan Rafael Ağayevlə görüşüb.

AzVision.az xəbər verir ki, Rafael bu görüş haqda təəssüratlarını atv.az-la bölüşüb:

“Mənə zəng edib dedilər ki, Stiven Siqal səni axtarır. Doğrusu, məşqə qetməli idim. Buna görə də yığma komandamızın baş məşqçisi Rəhman Hətəmovdan icazə alıb gəldim görüşə.

Etiraf edim, Stiven Siqalın belə olmağını gözləmirdim. O, mən gözlədiyimdən daha nəhəng və hündür idi. Onun mənimlə səmimi söhbəti xoşuma gəldi. Mənə bildirdi ki, çıxışlarımı çoxdan izləyir və döyüş üslubum onun xoşuna gəlir”.


Teqlər:  



Xəbər lenti