Yay bitdi, romantik payız gəldi

Yay bitdi, romantik payız gəldi
  22 Sentyabr 2015    Oxunub:8441
Xalq təqvimi ilə bu gündən payız başlayıb və gecə-gündüz bərabərliyi baş verib.
Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, sentyabrın 22-23-də payız fəsli başlayır.

Sentyabrın 22-dən payız mövsümünün başlaması ilə gecə-gündüz bərabərliyi baş verib. Yəni gecə ilə gündüz 12 saat olmaqla sutka yarıya bölünür. Artıq bu gündən gecələr uzanmağa, gündüz qısalamağa başlayır.

Payız yay ilə qış fəsilləri arasında olan bir mövsümdür. Payız fəsli dünyanın şimal yarımkürəsində sentyabr, oktyabr, noyabr aylarında, cənub yarımkürədə isə mart, aprel, may aylarında yaşanır. Bu mövsümdə gecələr uzanır və gündüzlər qısalır. Hərarəti və işığı azalan günəş daha tez batır. Payız günləri əsasən sərin, yağıntılı və küləkli keçir. Ağacların yarpaqları, güllərin və çiçəklərin solması ilə yanaşı bir çox meyvə və tərəvəz də bu mövsümdə yetişir.

Qeyd edək ki, ildə bir dəfə payız gecə-gündüz bərabərliyi, bir dəfə isə yaz gecə-gündüz bərabərliyi baş verir. Yaz gecə-gündüz bərabərliyi martın 21-nə təsadüf edir.


Teqlər:



Xəbər lenti