Dollar bahalaşdı

Dollar bahalaşdı
  22 Sentyabr 2015    Oxunub:2181
Bu gün sentyabrın 21-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.
AzVision.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 22-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 21-i ilə müqayisədə 0,0006 manat və ya 0,06% artaraq 1,0482 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0116 manat və ya 0,98% azalaraq 1,1742 manata enib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti