Seçkidən sonra dəyişiklik olacaq

Seçkidən sonra dəyişiklik olacaq
  22 Sentyabr 2015    Oxunub:4921
Nöqsana yol verən məmurlara vəzifə qapıları bağlanır...

Parlament seçkilərindən sonra ölkədə ciddi kadr dəyişikliklərinin olacağı ehtimal edilir. Bildirilir ki, fəaliyyətində nöqsanlara yol verən məmurlar işdən azad olunacaq, onlar yeniləri ilə əvəz ediləcək. Ölkə başçı da çıxışlarında dəfələrlə bu məsələyə toxunaraq özbaşnalıq edən vəzifə sahiblərinin cəzalandırılacağının mesajını verib.

Xatırladaq ki, ölkə başçısı jurnalistlərlə görüşündə bu istiqamətdə mətbuatın üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.



Dövlət başçısı çıxışlarında məmurlara ciddi xəbərdarlıqlar da edir: "Hər bir vəzifə sahibi bilməlidir ki, o, xalqa xidmət etmək üçün bu vəzifəni tutub, o cümlədən də mən".

Prezident vəzifəsini ancaq xalqa xidmət etmək üçün icra etdiyini bildirən dövlət başçısı qeyd edib ki, hər bir vəzifəli şəxs öz məsuliyyətini dərk etməli və xalq üçün çalışmalıdır: "Bax, əgər hər bir yerdə, hər bir səviyyədə bu prinsiplər tam üstünlük təşkil etsə, onda ölkəmiz daha da sürətlə qabağa gedəcək. Bəzi hallarda yerli icra orqanlarının nümayəndələri öz vəzifə borclarını yerinə yetirə bilmirlər. Bəzi hallarda özlərini apara bilmirlər. Onların özləri, onların yaxınları insanları incidirlər, qıcıqlandırırlar, yersiz hərəkətlər edirlər və özlərini təvazökar aparmırlar. Belə olan halda əlbəttə ki, ciddi tədbirlər görülür və görüləcək.".

YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov dəyişikliyin prezidentin səlahiyyətində olduğunu deyib. Bildirib ki, əgər kimsə öz işinin öhdəsindən gələ bilmirsə, tutduğu vəzifədən azad olunur. Bunu ölkə başçısı İlham Əliyev də dəfələrlə bəyan edib.

“Məmur vəzifəyə xalqa xidmət etmək üçün təyin olunur, xalqı hakimiyyətdən narazı salmaq üçün yox. O baxımdan kim bu işləri layiqincə yerinə yetirməsə, nöqsanlara yol verəcəksə, nəinki həmin adam vəzifədən azad olunacaq, hətta məsuliyyətə cəlb olunacaq. Hərdən ortaya belə bir fikir atırlar ki, gələn ay hakim komandada kütləvi dəyişiklikllər olacaq. Azərbaycan öz stabil xətti ilə inkişaf edir və kifayət qədər ciddi iqtisadi göstəriciləri var, sosial və siyasi islahatlar həyata keçirilir. Bu islahatlarda kim mövcud ictimai-siyasi proseslərə, gedən islahatlara cavab verməyəcəksə, maneçilik törədəcəksə, o adam haqqında ölkə başçısı tərəfindən qərar qəbul olunacaq”.

Gültəkin Ələsgər



Teqlər:  





Xəbər lenti