Bayram namazının vaxtı açıqlandı

Bayram namazının vaxtı açıqlandı
  22 Sentyabr 2015    Oxunub:3229
Azərbaycanda Qurban Bayramı münasibətilə qılınacaq bayram namazının vaxtı məlum olub.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, Bayram namazı sentyabrın 24-də səhər saat 09:00-da Bakının “Təzə Pir” məscidində qılınacaq.

Qurban bayramı namazı qılmaq istəyən möminlər üçün hər cür şərait yaradılacaq və namaz digər məscidlərdə də eyni vaxtda qılınacaq.

Qeyd edək ki, Azərbaycanda oktyabrın 24-i və 25-i Qurban Bayramı günü kimi qeyd olunur.


Teqlər:  



Xəbər lenti