NASA asteroidin görüntülərini yayıb-VİDEO

Görüntülərdən asteroidin oxunun uzunluğu təqribən 40 metr olan uzunsov bir obyekt olduğu bəlli olub.
Fevralın 16-da, gecə yarı Qoldstounda uzaq kosmik müşahidə qabiliyyətinə malik radarın köməyi ilə NASA mütəxəssisləri asteroidin 73 şəklini çəkiblər və kiçik video görüntü əldə edə biliblər. 8 saatlıq müşahidədən sonra asteroid Yerdən 120 min kilometrlik məsafədən uzaqlaşaraq 314 min km məsafədə qərar tutub.
Növbəti dəfə asteroid Yerə 2046-cı ildə yaxınlaşacaq.