`Avropa İslam dininə borcludur` - Novruz Məmmədov

`Avropa İslam dininə borcludur` - Novruz Məmmədov
  22 Sentyabr 2015    Oxunub:2383
"İslam dininin yaranması və o dövrdən keçən bir neçə yüz ili əhatə edən hadisələri öyrəndikdən sonra qərara gəldim ki, Avropa öz renessansı üçün İslam dininə və bir neçə yüz il onun sayəsində bütün sahələrdə qazanılan nailiyyətlərə borcludur".

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "twitter" sosial şəbəkəsindəki səhifəsində bildirib.

N.Məmmədov qeyd edib ki, Avropada bu həqiqətlə bağlı susmağa üstünlük verirlər: "Bu da təəssüf doğurur".


Teqlər:  



Xəbər lenti