Müsavatda gülməli vəziyyət

Müsavatda gülməli vəziyyət
  22 Sentyabr 2015    Oxunub:4719
Bu gün Müsavat Partiyasının Zəngilan rayon Təşkilatının Biləcəri özəyinin sədri Fərzalı İxtiyarov partiya sıralarından istefa verib.
Fərzalı İxtiyarov istefasına səbəb kimi partiyanın başqanı Arif Hacılının yürütdüyü siyasəti göstərib.

Müsavat Partiyası başqanının müavini Elman Fəttah AzVision.az-a açıqlamasında yayılan xəbəri uydurma və yalan adlandırıb.

E. Fəttah deyib: “Müsavat Partiyasının Zəngilan rayon təşkilatının Biləcəri özəyi yoxdur. Ümumiyyətlə isə Fərzalı İxtiyarov adlı müsavatçı yoxdur”.

Maraqlıdır ki, Müsavat Partiyasında belə bir gülməli vəziyyət yaranıb. Fərzalı İxtiyarov istefa verdiyini bəyan edir, partiya isə israrla onu adlı adamı tanımadığını bildirir.

Elvin Abdulqədirov


Teqlər:



Xəbər lenti