Laçın cəbhəçiləri yeni AXCP- də

Laçın cəbhəçiləri yeni AXCP- də
  22 Sentyabr 2015    Oxunub:1857
AXCP Etimad Qurultayı Təşkilat Komitəsinın Laçın rayonunda da konfransı keçirilib.
AzVision.az Cebhe.info-ya istinadən xəbər verir ki, konfrans iştirakçıları AXCP-də Əli Kərimlinin sədrliyini istəmədiklərini və bu səbəbdən də Razi Nurullayevə dəstək verdiklərini bəyan ediblər. Tədbirdə iştirak edən AXCP EQTK-nın İdarə Heyətinin üzvü Cavid Musazadə partiyadaxili siyasi vəziyyətdən danışıb. O, Əli Kərimlinin öz yarıtmaz siyasətinin nəticəsi olaraq sədrlikdən getməli olduğunu vurğulayıb.

Cavid Musazadə AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin gənclərə verdiyi dəstəyin ölkənin siyasi həyatında canlamaya səbəb olacağını, müasir müxalifətin formalaşmasına ehtiyacın günbəgün daha dərindən hiss edildiyini bildirib.

Daha sonra təşkilati məsələlərə baxılıb. Vilayət Muxtarov Laçın rayon şöbəsinə sədr, Yasin Musazadə Ali Məclis üzvü seçilib.


Teqlər:



Xəbər lenti