UEFA rəsmiləri Bakıda

UEFA rəsmiləri Bakıda
  22 Sentyabr 2015    Oxunub:2101
2016-cı ildə Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının təşkilati işləri ilə bağlı UEFA nümayəndələri ölkəmizə səfər ediblər.
AzVision.az AFFA-ya istinadən məlumat verir ki, bu gün qurumun baş katibi Elxan Məmmədov U-17 Avropa çempionatının tədbir rəhbəri Kristof VonVattenvil, turnirin layihə rəhbəri Pierpaskal Laratonda, AÇ-nin tədbir koordinatoru Kristin Hyusman və U-17 Avropa çempionatının yarışlar koordinatoru Sandra Selanla görüşüb, turnirə hazırlıq işləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində UEFA nümayəndələri Avopa çempionatının infrastruktur, hotel və digər məsələlər üzrə hazırlıq işləri ilə tanış olacaqlar.


Teqlər:





Xəbər lenti