Dərsliklərdəki söyüşün səbəbi - Nazirlik toplandı

Dərsliklərdəki söyüşün səbəbi - Nazirlik toplandı
  22 Sentyabr 2015    Oxunub:8557
Son günlər sosial şəbəkələrdə geniş müzakirə edilən Azərbaycan dərsliklərində olan problemlərlə bağlı Təhsil Nazirliyi tərəfindən tədbir keçirilib.
Tədbirdə Təhsil Problemləri Institunun direktor müavini Ənvər Abbasov, Təhsil Problemləri Institutunun şöbə müdiri Asəf Hacıyev, 8-ci sinif Azərbaycan dili dərsliyinin müəllifi, BDU-nun professoru Tofiq Hacıyev, digər müəllifi Samirə Beqtaşi, Mehriban Vəliyeva, Yeganə Əliyeva, Təhsil Nazirliyinin təhsil resursları şöbəsinin müdiri Əsgər Quliyev iştirak edib.

AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən Təhsil Problemləri Institunun direktor müavini Ənvər Abbasov bildirib ki, bütün dərsliklər standartlara uyğun yazılır.

“Bütün normativlər həll yerdə gözlənilməlidir ki, vahid prinsip olsun. Azərbaycan dili ilə bağlı standartlar yaranarkən bunun üzərində böyük komissiya işləyib və komissiyanın sədri Nizami Cəfərov olub. Komissiyanın 23-ə qədər üzvü olub. Dərsliklər də həmin tələbə uyğun olaraq hazırlanır”.

8-ci sinif Azərbaycan dili müəllifi Samirə Beqtaşi də dərsliyi yazarkən məhz həmin standartlardan yola çıxdıqlarını qeyd edib.

“Bu günki uşaqların danışıq leksikonu götürdük və istədik ədəbi dillə qarşılaşdıraq. Şagirdlərin danışaqlarına baxdıq, izlədik və dərslikdə bu yolla getdik. Bu dialoqa getməyimizin səbəbi dilimizin saflığını qorunması ilə bağlıdır. Bizdə qərara gəldik ki, 8-ci sinifdən onları yaxşı danışmağa yönəldək. Bu danışıq da dərslikdə müqayisəli şəkildə verilib. Və tövsiyyə olunur ki nitqinizi artıq sözlərdən təmizləyib, ədəbi normalar uyğun danışaq. Biz şagirdlərə imkan veririk ki şagird seçim etsin ki, ona hansı xoşdur və hansı seçimi edəcək. Nitq mədəniyyətini öyrətmək üçün fikirləşirik ki düzgün yol seçmişik. Biz dərsliyi yazarkən qabaqcıl ölkələrin dərsliklərindən yararlanmışıq. Dilimizdə belə ifadələr işlənir və ən çoxda yeniyetmələrin və şagirdlərin ifadələrində işlənilir”.

Təhsil Nazirliyinin təhsil resursları şöbəsinin müdiri Əsgər Quliyev qeyd edib ki, dildə nəyisə qadağan etmək, nəyisə öyrətməmək və yasaq etmək mümkün deyil. “Cəmiyyətdə insanların xarakteri necədirsə, dildə də o cürdür. Danışıq da, nitq də bir mədəniyyətdir. Kobud, adi məişət dilində danışan şagird oxuyan deyil, ədəbi dildə danışan isə oxumaq həvəskarıdır. Uşaqların özündə olan xarakter nitqində də müşahidə olunur və çatdırılır ki, bu cür danışıq yaxşı qarşılanmır. Cəmiyyət tərəfindən yaxşı qarşılanmaq istəyirsənsə, ədəbi dilin normalarına uyğun danışmalısan. Bu mətn ona görə salınmayıb ki, müəllim istəyib. Standartlara uyğun şəkildə hazırlanıb. Mətn dərslik formasına düşəndən yüzlərlə insanın ekspertizasından keçir. Yəni bura təsadüfən düşmür”

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti