“Həmsədrlər səylərini artırıb” - Robert Sekuta

“Həmsədrlər səylərini artırıb” - Robert Sekuta
  22 Sentyabr 2015    Oxunub:1494
"ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişə tərəflərini bir araya gətirərək problemin həlli istiqamətində səylərini artırıblar”.
AzVision.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. Onun sözlərinə görə, Azərbaycana gəldiyi ilk gündən ölkənin ötən 25 il ərzində keçdiyi tarixlə yaxından tanış olub və xüsusilə Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar barədə məlumatlar əldə edib:

`Mən məcburi köçkünlər üçün yeni tikilmiş binalarda, mənzillərdə ailələrlə görüşmüşəm. Yurd-yuvalarından didərgin salınmış, uzun müddət öz evlərindən uzaqda yaşayan insanların bu münaqişə barədə fikirləri və mövqeləri mənə çox maraqlı olub. Bildiyiniz kimi, BMT-nin qarşıdan gələn Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək. Minsk Qrupunun səyləri artırdığı bir vaxtda bir şeyi də bilmək lazımdır ki, qrup tərəfləri bir araya gətirəcək, lakin hər iki ölkə rəhbərliyi bu münaqişədən çıxış yolunu tapmaq üçün birgə işləməlidir”.

Azərbaycanın bütün irqlərin və dini inancların tolerantlıq, dostluq ölkəsi kimi tanındığını deyən səfir Quba rayonunun Krasnaya Sloboda kəndinə səfər etdiyini, oradakı Dağ Yəhudiləri icmasından Azərbaycanda sığınacaq tapdıqları və dəstək gördükləri barədə eşitdiyi deyib: `Kiş məbədi bir çox insanlar üçün uğur hekayəsidir. Bu kilsəni bərpa edən və qoruyan heyətə təşəkkür edirəm. Bu, çox təsiredicidir ki, Tur Heyerdal və Norveç hökuməti bu abidəni qorumaq işinə qoşulub. Azərbaycan hökuməti də bu xəzinəni qorumaq və bərpa etmək işindəki köməyinə görə tərifə layiqdir. Bu abidə Azərbaycanın tolerantlıq tarixi və ənənəsini nümayiş etdirir. Maraqlıdır ki, bu abidənin sevgi ilə qorunduğu, qayğısına qalındığı kənd müsəlmanların kəndidir”.


Teqlər:  



Xəbər lenti