“Türkiyənin bölünməsini istəyirlər”

 “Türkiyənin bölünməsini istəyirlər”
  15 İyun 2013    Oxunub:1299
Millət vəkili Türkiyə olaylarına münasibət bildirdi
Mən bir millət iki dövlət düşüncəsində olan bir insanam və vətənim Azərbaycanla yanaşı Türkiyəni də özümə vətən hesab edirəm.Türkiyənin uğurlarına Azərbaycanın uğurları kimi sevinir, kədərinə, üzüntüsünə də Azərbaycanın kədəri və üzüntüsü qədər üzülürəm. Son günlər Türkiyədə baş verən hadisələrlə bağlı istər Türkiyədə istərsə də Azərbaycanda qatıldığım bir sıra toplantılarda öz fikrimi açıq şəkildə bildirmişəm. AzVision.az-ın məlumatına görə, bu barədə millət vəkili Qənirə Paşayeva facebook profilində yazıb :

- Türkiyənin güclənməsi bütün Türk dünyasının güclənməsi deməkdir, Türkiyənin zəifləməsi bütün Türk dünyasının zəifləməsi deməkdir.

8 ildir həm Strasburqda AŞPA, həm də Brüsseldə AVRONEST-in üzvü kimi fəaliyyətimdə həm də bir çox beynəlxalq təşkilatlarda iştirakım zamanı gördüyüm ondan ibarətdir ki, Türkiyənin güclənməsini Azərbaycan daxil olmaqla, sadəcə çox az sayda qardaş və dost dövlətlər istəyir. Bir çoxları isə nəinki Türkiyənin zəifləməsini hətta bölünməsini belə istəyirlər. Türkiyənin güclənməməsini, regionda və dünyadakı rolunun genişlənməməsini, Türkiyə-Azərbaycan münasibətlərinin daha da artmamasını istəyən güclərin sayı təssüf ki, kifayət qədər çoxdur. O qədər haqsızlıqlar gördüm ki, bu illər ərzində Türkiyəyə qarşı bir çox uluslararası təşkilatlarda. Ona görə də dünyanın hər tərəfində yaşayan və damarında türk qanı axan bütün insanlar Türkiyənin zəifləməsini istəmirlər, güclənməsini istəyirlər. Ümid edirəm ki, yabançı mediya qurumları və təşkilatları tərəfindən daha da şişirdilərək təqdim edilən hadisələr demokratik bir yolla, Türkiyəyə yaraşan bir şəkildə öz həllini, çözümünü tapacaq və Türkiyə daha da güclənməkdə davam edəcək. Bu hamımızın arzusu və duasıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti