Azərbaycan Argentina ilə saziş imzaladı
Argentinalı diplomat mədəniyyət sahəsində Bakıda və Buenos-Ayresdə təqdimatların keçirilməsi təklifi ilə çıxış edib. Ə.Qarayev təklifi yüksək qiymətləndirib, həmçinin Argentina turoperatorları üçün tanışlıq turunun təşkil olunmasını qeyd edib.
Nazir iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məqsədilə azərbaycanlı yazıçıların kitablarının tərcümə olunması təklifini də irəli sürüb.
Görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Argentina Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Saziş iki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsinə, musiqi, incəsənət, muzey, kitabxana və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə imkan verəcək. Həmçinin iki ölkə arasında əlaqələrin daimi inkişaf etdirilməsi üçün fəaliyyət planının hazırlanmasına dair razılıq əldə olunub.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


