Stiven Siqalı Azərbaycana prezident dəvət edib
Məlumata görə, ölkə başçısı İlham Əliyevin təklifi ilə Bakıya gələn aktyor noyabrda ölkəmizə yenidən səfər edəcək və burada aikido təlimləri verəcək.
Dünən səhər “Baku Krystal Hall”da Azərbaycan Aikido Federasiyasının idmançıları və məşqçi heyəti ilə görüşən Siqal da öz təəssüratlarını bölüşərkən bunu təsdiqləmişdi:
“Prezident İlham Əliyev mənə Azərbaycanda işləməyi və yüksək dərəcəli idmançılar yetişdirməyi təklif edib. Mən də, ölkənizdə ustad dərslərinin verilməsi ilə bağlı təkliflə razılaşdım. Əminəm ki bütün bunlar yüksək nəticə verəcək. Yaxın zamanda yenidən ölkənizə gələcəm”.







Vaxtında, Aydın, Lazımlı!


