Bu fənnlərə müəllim çatışmır

Bu fənnlərə müəllim çatışmır
  15 İyun 2013    Oxunub:1128
İbtidai sinif, fiziki tərbiyə və ingilis dili, kimya, biologiya, coğrafiya, fizika, riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, tarix, ingilis dili, informatika müəllimlərinə ehtiyac var.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, 2013-2014-cü tədris ilində 3184 müəllimə ehtiyac var. Bakı şəhəri üzrə 435, digər rayon və şəhərlər üzrə 2749 müəllimə ehtiyac var.

Bakı şəhərində əsas ibtidai sinif, fiziki tərbiyə və ingilis dili müəllimlərinə, digər rayon və şəhər məktəblərində isə daha çox kimya, biologiya, coğrafiya, fizika, riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, tarix, ingilis dili, informatika və ibtidai sinif müəllimlərinə ehtiyac var.

AzVision.az


Teqlər:  





Xəbər lenti